Gürcüstan paytaxt Tbilisidə «Miss & Mister Golden Brand 2019» gözəllik müsabiqəsi keçirilib.
Müsabiqədə 15 qız və 8 oğlan iştirak edib. Onların sırasında yerli azərbaycanlı gənclər də olub. Azərbaycanlı gənclər müsabiqədə qalib gələn ilk beşlikdə yer alıblar.
Azərbaycanlı qızlardan Həyat Nəsibova, oğlanlardan isə Elizbar Məmmədov, Osman Səfərov, Kənan Cəfərov sözügedən yarışmada uğur qazanıblar.
"Miss & Mister Golden Brand 2019" gözəllik yarışmasının qalibi Luka Koxreidze olub. İkinci yeri Elizbar Məmmədov, üçüncü yeri isə Osman Səfərov qazanıb.
İlk üç yerin qaliblərinə mükafat və hədiyyələr təqdim olunub. Münsiflər heyətinin seçiminə əsasən Elizbar Məmmədov qalib olub.
Qeyd edək ki, Elizbar Məmmədov “24news Tv”də “Gəncin yolu” adlı verilişin aparıcısıdır.