Yazını böyüt
Yazını kiçilt
“Azərbaycan Türkü qardaşlarımıza haqlı mübarizələrində dəstək verməyə davam edəcəyik, hər zaman onlarla birlikdə və bərabər olacağıq”.
Hafta.az-ın türk mətbuatına istinadən məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycan Müdafiə Nazirliyində keçirilən tədbirdə deyib.
Nazir vurğulayıb ki: “Hamımız gözü yaşlı azərbaycanlı qardaşlarımızın uğurlarını öz uğurlarımız kimi qəbul edib qeyd etdik. Bu da bizim qardaşlığımızın, tək millət olmağımızın açıq-aydın göstəricisidir. Üç rəngli bayrağınla məsud yaşa, Azərbaycan!”.