Azərbaycanlı veteran futbolçu dünyasını dəyişdi

14:58 13.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Kəpəz" klubunun veteran futbolçusu İsmayıl Hüseynov dünyasını dəyişib.

Hafta.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Klub abiq oyunçunun vəfatından kədərləndiyini bildirib və onun yaxınlarına başsağlığı verib.

Qeyd edək ki, İsmayıl Hüseynov futbol mütəxəssisi Yunis Hüseynovun qardaşıdır.