Azərbaycanlılara ermənilərdən daha çox hörmət edirəm – Artur Xaçikyan

17:32 27.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ancaq azərbaycanlılar vəziyyətin necə olduğunu bilirlər. Real düşünürlər, bizim kimi qeybət eləmirlər. Onların keçmiş xarici işlər naziri deyib ki, Rusiya indi zəifdir. Bəzi şərhçilərimizdən daha çox onlara hörmət edirəm. Başa düşürlər ki, bu dünyada məsələlər güclə həll olunur.

Hafta.az bildirir ki, bu fikirləri erməni mediasına açıqlamasında elə erməni politoloq Artur Xaçikyan deyib.

“Təbii ki, bu gün ruslar bizim üçün müharibəyə başlaya bilməzlər, xüsusən də antirusiya hökumətimiz varkən. Boş oturub hər şeyə kənardan baxır və bəyan edir ki, “bizim üçün bunu da et, etməsən, deyəcəyik ki, pissən. Bu, sadəcə, gülünc vəziyyətdir”, - Xaçikyan bildirib.

Politoloq hesab edir ki, Qərb istəsəydi, biz onun üçün vacib olsaydıq, o zaman Azərbaycana qarşı hansısa sanksiyalar tətbiq edə bilərdi, amma bu, baş vermir. “Biz heç bir tərəfə lazım deyilik. Bizim heç bir rıçaqımız yoxdur”.

Siyasət rubrikasından digər xəbərlər