“AzerGold” 8 il ərzində minlərlə iş yeri açıb

11:30 11.07.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“AzerGold” QSC 8 ildir ki, fəaliyyət göstərdiyi bölgələrdə daimi iş yerləri yaradaraq, regionda məşğulluğun artırılmasına töhfə verir, işçiləri tam təhlükəsiz, layiqli əmək şəraiti ilə təmin edir.

Hafta.az-ın Yzdiğina görə, hazırda “AzerGold” və onun törəmə şirkətləri - “Daşkəsən Dəmir Filiz” MMC və “AzerBlast” MMC-də çalışan əməkdaşların sayı ümumilikdə 989 nəfər (“AzerGold” QSC-də 696 nəfər, törəmə şirkətlərdə 293 nəfər) təşkil edir. Səhmdar Cəmiyyətin fəaliyyəti nəticəsində podratçı şirkətlərlə bərabər 2 mindən çox insan üçün daimi iş yeri yaradılıb.

Bu müddət ərzində təhlükəsiz iş saatlarının sayı isə 6.5 milyona çatıb.