“Azəriqaz” sahibkarlarla növbəti görüşünü Sumqayıtda keçirəcək

17:10 10.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Azəriqaz” İB ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

İB-dən hafta.az-a bildirilib ki, “Azəriqaz”ın KOBİA ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Sumqayıt şəhərində görüşü təşkil olunacaq.

Aksiya Sülh küçəsi, 30-cu məhəllə ünvanında (Xəzər Səhmdar Cəmiyyəti) baş tutacaq. Səyyar qəbul otağı oktyabrın 12-də saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.