“Azneft”də yeni təyinatlar olub

15:58 24.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyində yeni təyinatlar olub.

İstehsalat Birliyindən hafta.az-a verilən məlumata görə, Elmir Qaragözov qurumun baş geoloqu-baş direktorun müavini, Balaəli Cəfərov baş mühəndisin hasilat üzrə müavini təyin olunub.

“Azneft”də yeni təyinatlarla bağlı təqdimat mərasimi keçirilib.

SOCAR-ın Geologiya və geofizika məsələləri üzrə vitse-prezident Bəhram Hüseynov gənc kadrların yeni vəzifələrə təyinatını müsbət qiymətləndirib.