Badminton üzrə inklüziv idman yarışı

14:37 13.03.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə oğlanlar və qızlar arasında badminton üzrə hazırlıq və yoxlama yarışı keçirilib.

Hafta.az xəbər verir ki, tədbirdə qeyri-hökumət təşkilatlarının, ictimai birliklərin, xüsusi və yardımçı internat məktəblərinin, eləcə də autizm və Daun sindromu mərkəzləri və təşkilatlarının nümayəndələri iştirak ediblər.

Turnirdə ümumilikdə 50-yə yaxın idmançı mübarizə aparıb. Qalib gələn iştirakçılar medal, diplom və hədiyyələrlə təltif olunublar.

Tədbir iştirakçıların bacarıqlarının artırılmasına və inklüziv idmanın təşviqinə xidmət edib.