Bağlı qapı arxasında qalan 4 nəfər xilas edilib

21:50 30.04.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Ucar rayonunun Qarabörk kəndində 4 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Hafta.az bu barədə FHN-ə istinadən xəbər verir.

Məlumatla əlaqədar DYMX-nın müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaşlara müvafiq köməklik göstərilib.