“Bakı Fond Birjası” QSC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib və cəmiyyətin 2020-ci il üzrə büdcə layihəsi təsdiq olunub.
Hafta.az xəbər verir ki, əlavə olaraq, cəmiyyətin müşahidə şurasının və audit komitəsinin tərkibində dəyişikliklər edilərək yeni üzvlər seçilib, o cümlədən birjanın fəaliyyəti bağlı digər məsələlərə müzakirə olunub.
Ümumi yığıncağın qərarına əsasən “Bakı Fond Birjası” QSC-nin Audit komitəsinə yeni üzv kimi Qədirov Namiq Natiq oğlu seçilmişdir. Yığıncaqda həmçinin Müşahidə Şurasının üzvlüyünə bir sıra şəxslər seçilib.
Onlar “Unibank” Kommersiya Bankı ASC-nin Risklərin İdarəedilməsi departamentinin direktoru Həsənov Tural Nurəddin oğlu, “İnvest-AZ Yatırım Menkul Değerler” A.Ş.-nin Direktorlar Şurasının üzvü Abdullayev Ceyhun Əliağa oğlu və “Azər-Türk Bank” ASC-nin Xəzinədarlıq Departamentinin direktoru Yusubov İlqar Fayuz oğludur.