Bakı məktəblisi karate idman növü üzrə dünya çempionu olub

12:21 22.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Paytaxt məktəblisi Serbiyada keçirilən dünya çempionatında karate idman növü üzrə I yerə layiq görülüb.

Bu barədə hafta.az-a-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, BŞTİ-nin tabeliyindəki 82 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Kamran Kazımov bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub. O, diplom, medal və kuboka layiq görülüb.

Qeyd edək ki, bu, Kamran Kazımovun ilk uğuru deyil. O, 2018-ci ildə Türkiyədə keçirilən dünya çempionatında I, Makedoniyada keçirilən Avropa çempionatında isə II yeri tutub.

Oxunma sayı 113