Bakı metropoliteni gücləndirilmiş iş rejiminə dəyişiklik edib

15:09 10.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Formula 1” Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı metropoliteninin gücləndirilmiş iş rejiminə bir sıra dəyişikliklər edilib.

Hafta.az xəbər verir ki, bu barədə Bakı metropolitenindən bildiriblər.

Bununla əlaqədar yarışın keçiriləcəyi məkanlara yaxın olan stansiyalarda əlavə işçi personalı ayrılmaqla növbətçilik cədvəli tərtib olunub.

Qatarlar texniki cəhətdən mümkün optimal qrafik üzrə hərəkət etdiyindən, gur saatlarda cədvələ dəyişiklik edilməsi mümkün olmasa da, ehtiyat qatarların xəttə verilməsi nəzarətdə saxlanılır.

Yarışla əlaqədar günün müxtəlif vaxtlarında sərnişinlərin axın istiqamətlərinin dəyişməsi ehtimalı olduğundan ehtiyat qatarlar istənilən an xəttə çıxmağa hazır saxlanılır.