Bakı-Moskva reysinin uçuşu texniki səbəbdən gecikir - AZAL

10:29 15.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin Bakı-Moskva (Vnukovo aeroportu) marşrutu üzrə həyata keçiriləcək J2-807 reysinin uçuşu texniki səbəbdən gecikir.

Bu barədə hafta.az-a AZAL-dan məlumat verilib.

Hazırda sərnişinlər Heydər Əliyev Beynəlxalq Aeroportunun aerovağzal kompleksində yerləşdirilib. Onlar aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin ediləcəklər.

Oxunma sayı 96