Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə sektoru ilə bağlı rəqəmsal yetkinlik indeksi hazırlayır.
Hafta.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın Maliyyə texnologiyaları və innovasiyalar departamentinin direktoru Fidan Tofidi Mərkəzi AMB-nin "Azərbaycanın rəqəmsal maliyyə gündəliyi" mövzusunda keçirdiyi maarifləndirici tədbirdə çıxışı zamanı deyib.
F.Tofidinin sözlərinə görə, rəqəmsal yetkinlik indeksinin hazırlanması AMB-nin həyata keçirdiyi ən mühüm layihələrdən biridir:
“Layihə hazırda təsdiq və yekun hazırlıq mərhələsində olduğundan onun bütün detallarının açıqlanması hələ mümkün deyil. Bununla yanaşı, ilkin nəticələr artıq əldə edilib və yaxın zamanda həm media nümayəndələri, həm də maliyyə sektoru iştirakçıları ilə paylaşılması planlaşdırılır”.