Bakı-Quba yolunda qəza - Ölən var

20:11 04.03.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı-Quba avtomobil yolunun Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən keçən hissəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Hafta.az 
xəbər verir ki,yük maşınının aşması nəticəsində1977-ci il təvəllüdlü, Siyəzən rayon sakini Babək Şükür oğlu Abbasov ölüb.

Qeyd edək ki, Babək Abbasovun 11-ci sinifdə oxuyan oğlu Nihat Abbasov da 2023-cü ildə avtomobil qəzasında vəfat edib.