Bakı-Quba yolunda təmir işlərinə başlandı

17:41 23.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı-Quba yolunda cari təmir işlərinə başlanılıb.

Bu barədə hafta.az-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

O bildirib ki, artıq əraziyə texnikalar cəlb edilib:

"Bakı-Quba yolunda zərurət olduqca cari təmir işləri aparılır, yolun dağılmış hissələri bərpa edilir. Artıq bu il də yolda təmirə ehtiyac olan ərazilərdə işlər başlanılıb. Yolun bir hissəsi dağıldığı üçün həmin ərazilər bərpa edilir".

 
Oxunma sayı 2159