Bakı-Sumqayıt yolunda maşın yanıb

23:37 21.10.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı-Sumqayıt yolunda minik avtomobilində yanğın olub.

Hafta.az xəbər verir ki, hadisə Bakı-Sumqayıt yolunun Binəqədi rayonuna düşən hissəsində qeydə alınıb.

Yağın nəticəsində Şəhriyar Şahbaziyə məxsus "Renault" markalı minik avtomobili yanıb. Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.