Bakı və Sumqayıtda oğurluq edənlər saxlanılıb

12:42 29.05.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi ərazisində 200 manat dəyərində velosiped, həmçinin, iki market və bir sexdən oğurluqlar edilib.

Hafta.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətmiş 26 yaşlı M.Tarverdiyev, 41 yaşlı T.Quliyev, 36 yaşlı R.Əliyev və E.Bayramov saxlanılıblar.

Bundan başqa, Səbail rayonunda bir nəfərə məxsus içərisində mobil telefon və bank kartları olan çantanı oğurlayan 46 yaşlı A.Əhmədov, Sumqayıt şəhərində isə marketlərin birində 415 manat talayan, əvvəllər məhkum olunmuş 54 yaşlı M.Hüseynxanov da saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.