Bakıda gözəllik salonu yanıb

19:00 27.04.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yasamalda gözəllik salonunda yanğın hadisəsi olub.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 700 m² olan obyektin (gözəllik salonu kimi fəaliyyət göstərir) içərisində 4 ədəd məişət avadanlığı və 10 m² sahədə məişət əşyaları yanıb.

Obyekt yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.