Bakıda 14 yaşlı qızlar itkin düşdü

10:41 10.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda 14 yaşlı qızlar itkin düşüb.

 

Hafta.az Report.az-a istinadən xəbər verir ki, hadisə avqustun 6-da paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində qeydə alınıb.

 

Belə ki, 2008-ci il təvəllüdlü Dünyamalıyeva Zəhra Sulduz qızı 16:00 radələrində nənəsinin yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

 

Bundan başqa, avqustun 8-də paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində 2008-ci il təvəllüdlü Qazzayeva Nərmin Cavanşir qızı saat 18:20 radələrində yaşadığı evindən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

 

Faktla bağlı araşdırma aparılır.

Oxunma sayı 126