Bakıda 69 yaşlı qadın klinikada öldü 

16:52 26.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda qadın klinikada dünyasını dəyişib.

Trend-in məlumatına görə. hadisə paytaxtın Xətai rayonu ərazisindəki "Baku Medical Plaza"da baş verib.

1950-ci il təvəllüdlü Zeynalova Sevil Səfər qızı ağciyər xəstəliyinin kəskinləşməsi ilə dekabrın 13-də "Baku Medical Plaza"ya yerləşdirilib və müalicəyə başlayıb.

Dekabrın 23-də qadın klinikada dünyasını dəyişib.

 

Faktla bağlı Xətai rayon Prokurorluğunda araşdırma aparılır.