Bakıda azyaşlı qız qəfil vəfat edib

23:53 16.10.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda azyaşlı qız qəfil vəfat edib.

Hafta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə dünən Suraxanı rayonu Hövsan qəsəbəsində baş verib.

Saat 09 radələrində 2022-ci il təvəllüdlü L.Manafova yaşadığı Hövsan qəsəbəsindəki evdə olarkən halı pisləşib və dünyasını dəyişib.

Hadisənin səbəbi hələlik məlum deyil.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.