Bakıda bu yollarda tıxac var - Siyahı

09:00 22.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı Nəqliyyat Agentliyi səhər saatlarında paytaxtda sıxlıq yaranan əraziləri açıqlayıb.

 

Agentlikdə hafta.az-a verilən məlumatda bildirilir ki, hazırda paytaxtın Alı Mustafayev küçəsi – 20 Yanvar dairəsindən Ziya Bünyadov pr. istiqamətində, Ziya Bünyadov prospekti - Abdulvahab Salamzadə küçəsi tunelin içi və kənar yol-hər iki istiqamətdə, Rəşid Behbudov küçəsi – Xəqani küçəsi ilə kəsişmədən Mərkəzi Bankın qarşısına qədər sıxlıq yaranıb.

 

Həmçinin Bakı-Sumqayıt şossesi – şəhər istiqamətində, Babək prospekti – Yusif Səfərov küçəsi istiqamətində, Üzeyir Hacıbəyli küç. – Cavanşir körpüsündə və Yusif Səfərov küçəsi – Cavanşir körpüsü istiqamətində sıxlıq müşahidə edilir.