Bakıda güclü külək əsəcək, sulu qar yağacaq

10:22 18.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti Bakıda və Abşeron yarımadasında hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Qurumdan hafta.az-a verilən məlumata görə, martın 18-i səhərdən 19-u səhərədək şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar yağacağı gözlənilir.