Bakıda İndoneziyanın müstəqilliyinin 79-cu ildönümü qeyd olunub (FOTO)

09:05 17.08.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İndoneziyanın Azərbaycandakı səfirliyi ölkəsinin müstəqilliyinin elan olunmasının 79-cu ildönümü ilə əlaqədar bayraqqaldırma mərasimi keçirib.

Hafta.az-ın yazdığına görə, səfirlik əməkdaşlarının, Azərbaycandakı indoneziyalıların və bu ölkənin dostlarının iştirak etdiyi tədbirə Səfirliyin müvəqqəti işlər vəkili xanım Merita Yenni rəhbərlik edib.

Mərasim zamanı indoneziyalı tələbələrdən ibarət dəstə bütün indoneziyalılar tərəfindən “İndonesia Raya” dövlət himninin səsləndirilməsinin müşayiəti ilə dövlət bayrağını qaldırıb. Qəhrəmanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, eləcə də İndoneziyanın müstəqilliyinin elan edilməsi mətninin oxunması ilə davam edən tədbir, xalqın - ölkənin rifahı və tərəqqisi üçün duaların səslənməsi ilə başa çatıb.

Daha sonra təntənəli tədbir tort kəsmə mərasimi və İndoneziyanın 79-cu Müstəqillik Günü çərçivəsində 2024-cü ilin iyul ayı ərzində keçirilən ənənəvi İndoneziya oyunlarının qalibləri üçün mükafatlandırma mərasimi ilə davam edib.

Həyata keçirilən yarışlar stolüstü tennis, dart, başmaq yarışı, musiqili stullar kimi oyunlarından, eləcə də həm böyüklər, həm də uşaqlar üçün digər müxtəlif fəaliyyət növlərindən ibarət olub.

Rəsmi hissə başa çatdıqdan sonra İndoneziya mətbəxinin müxtəlif təamları və ənənəvi qəlyanaltıları qonaqlara təqdim edilib.

Qeyd edək ki, tədbir hökumətin bütün ölkə üzrə davamlı inkişaf və bərabərliyi təşviq edən, həmçinin yeni paytaxtı inkişaf etdirmək hədəfini vurğulayan İndoneziyanın 79-cu Müstəqillik Gününün “Yeni Nusantara, Mütərəqqi İndoneziya” şüarının ruhunu əks etdirir.