Bakıda İT muzeyi yaradılır

17:08 13.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda İnformasiya Texnologiyaları (IT) muzeyi yaradılacaq.

Hafta.az xəbər verir ki, muzeydə köhnə kitablar, köhnə kompüterlər, qurğular, məlumat daşıyıcıları və şəbəkə avadanlığı nümayiş etdiriləcək.

Muzey Bakı şəhəri, Mətbuat prospekti 25 ünvanında ("Elmlər akademiyası" metrostansiyasının yaxınlığı) yerləşəcək.