Yazını böyüt
Yazını kiçilt
Bakıda koronavirusa görə daha bir ümumtəhsil müəssisəsi distant tədrisə keçib. Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı ilə Bakı Avropa Liseyi bu gündən tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkili 14 gün müddətinə dayandırılıb.
Təhsil Nazirliyindən bildirilib ki, Bakı Avropa Liseyində 5 müəllim və 16 şagirdin COVID-19 testinin nəticəsi pozitiv çıxıb.