Bakıda oğurluq hadisəsi anbaan kameraya düşdü - VİDEO

19:17 29.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda oğurluq hadisəsi baş verib.

Hafta.az-ın məlumatına görə, hadisə Sabunçu rayonunun Ramana qəsəbəsində yerləşən Şuşa şəhərciyində qeydə alınıb. Ərzaq mağazasından oğurluq edən şəxs, sahibkara 300 manatdan çox ziyan vurub.

Zərərçəkmiş şəxsin sözlərinə görə, hadisə səhər saat 9 radələrində baş verib.

Alış-veriş üçün mağazaya gələn şəxs satıcının başını qataraq kassanın yanında olan telefonu və pulu aparıb.