Bakıda ölən piyadanın kimliyi məlum oldu

15:34 05.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda avtomobilin vuraraq öldürdüyü piyadanın kimliyi məlum olub.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, oktyabrın 5-də saat 1 radələrində paytaxtın Nizami rayonu Heydər Əliyev prospektində Bakı şəhər sakini R.Rəhimov idarə etdiyi “Mercedes” markalı avtomobillə Kürdəmir rayon sakini Elçin Hacıyevi vurub və nəticədə o, hadisə yerində ölüb.

Nizami RPİ tərəfindən araşdırma aparılır.