Bakıda qadın dəm qazından öldü

11:58 17.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda qadın dəm qazından zəhərlənərək ölüb.

Baş Prokurorluğun Mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, yanvarın 16-ı saat 04 radələrində paytaxtın Yasamal rayon sakini 1980-ci il təvəllüdlü Gülnarə Qurbanovanın yaşadığı mənzilin hamam otağında dəm qazından zəhərlənərək ölməsi faktı ilə bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır.