Bakıda qadın ƏRİNİ ÖLDÜRDÜ

15:10 24.10.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda qətl törədilib.

Hafta.az xəbər verir ki, hadisə səhər saatlarında Xətai rayonu, Məhəmməd Hadi küçəsində qeydə alınıb.

37 yaşlı qadının münaqişə zəminində ərini öldürməsi bildirilir. Hadisəni törətməkdə şübhəli bilinən qadın saxlanılıb.

Hazırda hüquq-mühafizə orqanın əməkdaşları hadisə yerindədir.