Bakıda silah-sursat aşkarlandı

17:23 26.05.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Polis əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər nəticəsində paytaxtın Qaradağ və Nəsimi rayonlarında 1 avtomat silahı, 1 patron darağı və 1 mərmi tapılaraq götürülüb.

Bu barədə hafta.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, həmçinin 3 nəfər 2 avtomat silahı, 1 tapança, 1 patron darağı və 28 patronu polisə könüllü təhvil verib.

Araşdırmalar aparılır.