Bakının 550-yə yaxın küçəsində dezinfeksiya işləri aparılacaq - Açıqlama

14:19 10.08.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Artıq bir müddətdir ki, paytaxt Bakıda genişmiqyaslı dezinfeksiya işləri aparılmır. Lakin son günlərdə koronavirusa yoluxanların sayının kəskin artması bu prosesə yenidən start verilməsini labüdləşdirir.

Şənbə günü Bakının 550-yə yaxın küçəsində dezinfeksiya işləri aparılacaq.

Bu barədə hafta.az açıqlamasında Bakı şəhər İcra Hakimiyyətinin sözçüsü İsrafil Kərimov bildirib.

Meriya rəsmisi onu da əlavə etdi ki, şənbə günü Bakı şəhərinin bütün rayonları üzrə mərkəzi və köməkçi küçələr yuyulmadan dezinfeksiya olunacaq.