Bakının iki küçəsində su olmayacaq

17:48 05.04.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

06 aprel 2023-cü il tarixində gündüz saatlarınadək Bakı şəhəri Cəlil Məmmədquluzadə və İzmir küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə hafta.az-a  “Azərsu” ASC-dən bildirilib. Bildirilib ki, məhdudiyyətlər magistral su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar olacaq.