Balıqçı Xəzərdə boğulub öldü

10:11 30.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Neftçalada balıq ovuna çıxan şəxs Xəzərdə boğulub.

Hafta.az xəbər verir ki, hadisə yanvarın 29-da Neftçala rayonunda baş verib.

Belə ki, Məmmədov Habil Qabil oğlu rayonun Mayak kənd ərazisində Xəzər dənizində balıq ovu etmək istəyərkən boğularaq ölüb.

Faktla bağlı Neftçala rayon prokurorluğunda araşdırma aparılır.