Yazını böyüt
Yazını kiçilt
Banqladeşdə fabrikdə baş verən yanğın nəticəsində azı 40 nəfər həlak olub.
Hafta.az xəbər verir ki, yanğın paytaxt Dəkkədən 20 kilometr məsafədə olan Narayanqanc şəhərindəki yeddimərtəbəli fabrik binasında başlayıb.
Şahidlərin sözlərinə görə, bəzi insanlar alovdan xilas olmaq üçün binanın yuxarı mərtəbələrindən atılaraq xəsarətlər alıb. Hakimiyyət orqanları fabrikdə 7-8 min insanın işlədiyini və həlak olanların sayının artacağını istisna etmədiklərini bildirib.
Yanğınsöndürənlər alovla mübarizəni davam etdirirlər.