Baş nazirdən məktəblərdə vaksin tələbi ilə bağlı yeni qərar 

10:24 22.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Təhsil müəssisələrinin işçilərinin azı 80 faizinin COVID-19 pasportunun (COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı) olması tələb edilir.

 

Hafta.az xəbər verir ki, Nazirlər Kabinetinin qərarına görə, bu tələb təhsil alanların sayı 200 nəfərdən az olan təhsil müəssisələrinə şamil edilmir.

 

Qərara əsasən, ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19 pasportu (COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı) olmalıdır.