Baş Prokurorluğun əməkdaşları prokurorluğun veteranı ilə görüşüblər

16:56 20.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Martın 20-də Azərbaycan SSR Prokuroru, prokurorluğun veteranı İlyas İsmayılovun ad günü münasibətilə Baş prokuror Kamran Əliyevin tapşırığına əsasən prokurorluğun əməkdaşları onu ziyarət edərək təbrikləri çatdırmışlar.

Baş Prokurorludan hafta.az-a verilən məlumata görə, görüş zamanı İlyas İsmayılov gənc əməkdaşlarla xatirələrini bölüşüb səmimi söhbətlər edib və sonda xatirə şəkilləri çəkdirib.