Baş redaktor və ailə üzvləri koronavirusa yoluxdu

16:32 22.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Kaspi" qəzetinin Baş redaktoru İlham Quliyev koronavirusa yoluxub.

Hafta.az-ın məlumatına görə, bu barədə Baş redaktor özü facebook səhifəsində yazıb.

O bildirib ki, özü və ailə üzvləri bu virusa yoluxub:

"Koronavirus infeksiyası ilə mübarizə aparan xəstələrin sırasına mən və ailə üzvlərim də qoşuldu. Kompyuter tomoqrafiyası ilə aparılan müayinələr ağciyərlərimin hər iki payında buzlu şüşə aşkarladı. Müalicə "Neftçilər" xəstəxanasında davam etdirilir.

Çətinliklərə və ağrılara baxmayaraq, nikbinlik. Tezliklə virusla mübarizəni qazanıb, normal həyata qayıdacağımıza inanırıq".