“Baş verənlər sionist layihəsinin sonunun başlanğıcı kimi tarixə düşəcək” - İsrailli tarixçi

09:35 11.03.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İsrailli tarixçi alim, professor İlan Pappe, İsrailin Qəzzada davam edən hücumları ilə bağlı qərargahı İngiltərədə olan İslam İnsan Haqları Komissiyasına (IHRC) açıqlamalar verib.

Hafta.az-ın yazdığına görə, “Baş verənlərin sionist layihəsinin sonunun başlanğıcı kimi tarixə düşəcəyini” vurğulayan Pappe, bu cür layihələrin yaşamas uğrunda mübarizə apardığı zaman “əvvəlkilərdən daha qəddar, amansız və qəzəblə dolu” olduqlarının vurğulayıb.

"Yəqin insanlar deyəcəklər ki, bu dövrlər Fələstin tarixinin ən qaranlıq anıdır. Amma bu, qaranlıqdır, səhərə qədərki qaranlıqdır", - Pappe deyib.

İsraili bir arada tutan və fələstinlilərə zülm etmək imkanı verən təməl mənəvi, iqtisadi və hərbi infrastrukturun əhəmiyyətli dərəcədə sarsıldığını deyən Pappe bunun gələcəkdə də davam edəcəyini bildirib.

Qlobal Cənubdakı hökumətlərin və yəhudi icmalarının mövqelərində ictimai rəyin dəyişməsinə diqqət çəkən Pappe, bütün dünyada fələstinliləri dəstəkləmək üçün daha effektiv ittifaqın yaradılması imkanlarının keçmişlə müqayisədə daha yüksək olduğuna diqqət çəkib.

Pappe həmçinin qeyd edib ki, 7 oktyabr 2023-cü il tarixindən əvvəl İsrail cəmiyyəti fələstinlilərin humanitar şəraitdə yaşamasını istəməyən və ya onların insanlığını qəbul edə bilməyən, kənardan tənqidlərə çox açıq olmayan bir cəmiyyət idi.