Basketbol millimizin rəqibləri açıqlandı

18:42 31.03.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qadın basketbolçulardan ibarət Azərbaycan milli komandasının 2029-cu ildə keçiriləcək Avropa çempionatının ilkin seçmə mərhələsindəki rəqibləri müəyyənləşib.

Hafta.az xəbər verir ki, Evren Alkayanın çalışdırdığı komanda A qrupunda mübarizə aparacaq.

Yığma bu mərhələdə İsveçrə, İslandiya və İrlandiya ilə üz-üzə gələcək.

Qeyd edək ki, AVRO-2029-un ilkin seçmə oyunları noyabrın 8-18-i aralığında, həmçinin 2027-ci ilin fevralın 7-17-də keçiriləcək.