Bayden ABŞ-ın 2023-cü il büdcəsini imzalayıb

11:29 30.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

ABŞ prezidenti Co Bayden ölkənin 2023-cü il büdcəsini imzaladığını açıqlayıb. Bura Ukraynaya yardımın daxil olduğu qeyd edilir.

Bayden sosial şəbəkədə yazıb: "Bu gün mən bir illik tarixi tərəqqinin nəticəsi olan ikitərəfli qanun layihəsini imzaladım".

Onun sözlərinə görə, büdcəyə "tibbi tədqiqatlar, təhlükəsizlik, veteranların sağlamlığı, fəlakətlərin bərpası üçün vəsaitlər, qadınlara qarşı zorakılıqla mübarizə və Ukraynaya kritik yardımın göstərilməsi" üçün investisiyalar daxildir.

Bundan əvvəl bildirilmişdi ki, 1,7 trilyon dollar məbləğində illik büdcə layihəsi ABŞ Konqresinin hər iki palatası tərəfindən təsdiqlənib. Bu məbləğin 45 milyard dolları Ukrayna və NATO ölkələrinə yardım üçün nəzərdə tutulub.

Müdafiə xərcləri 858 milyard dollardır ki, bu da bu illə müqayisədə 10% çoxdur və Baydenin tələbindən 45 milyard dollar çoxdur. Büdcənin müdafiəyə aid olmayan hissəsi 2022-ci maliyyə ilinin səviyyəsindən 6% çoxdur.