Yazını böyüt
Yazını kiçilt
ABŞ prezidenti Co Bayden İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün “son çarə” hərbi vasitələrə əl atmağa hazırdır. Bu barədə ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Malli “Foreign Policy” nəşrinə bildirib.
"Prezident son çarə olaraq, İranın nüvə silahı əldə etməsinə mane olarsa, hərbi ssenari ilə razılaşacağını söylədi", - Malli "bunun üçün vaxtın hələ gəlmədiyini" vurğulayıb.
Onun sözlərinə görə, ABŞ administrasiyası hələ də İran üçün mümkün nüvə silahı məsələsinin həllində diplomatiyaya üstünlük verir.