BDU-nun  bir qrup müəllimi bəyanat verib

11:43 14.07.2020 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

Bakı Dövlət Universitetinin bir qrup müəllimi iyulun 12-də işğalçı Ermənistan qoşunlarının Tovuz istiqamətində 3 Azərbaycan hərbçisinin şəhid olması, 5 hərbçimizin yaralanması ilə nəticələnmiş hücum cəhdi ilə bağlı bəyanat yayıb. Ziyalıların “Həftə içi”nə bəyanatını tanınmış tarixçi Boran Əziz çatdırıb. Bəyanatda deyilir:

“Dünən – iyulun 12-də təcavüzkar Ermənistan ordusunun Azərbaycanın dövlət sərhədini pozmaq cəhdi barədəki xəbər hər bir vətənpərvər vətəndaş kimi, bizləri də bərk həyəcanlandırdı. Düşmənin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olmuş hərbçilərimizin ailələrinə, doğmalarına və bütövlükdə Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir, “Allah rəhmət eləsin”, “Vətən sağ olsun” deyir, yaralılara Yaradanımızdan şəfa diləyirik. Və qətiyyətlə bəyan edirik ki, biz də daim qəhrəman Azərbaycan əsgərinin, ordusunun yanındayıq. Yenidən Vətən müharibəsi başlayarsa, hər an dövlətimizin səfərbərlik çağırışına qoşulmağa və gərək olarsa, ön cəbhədə belə, xidmət göstərməyə hazırıq. Tanrı Azərbaycan əsgərini qorusun!

Rafiq Tağıyev, fizika-riyaziyyat elmləri doktoru, professor Zabil Bayramlı, tarix elmləri doktoru, professor, Ələmdar Şahverdiyev, tarix elmləri namizədi, dosent, Namiq Dərvişov, fizika-riyaziyyat elmləri namizədi, Boran Əziz, tarix üzrə fəlsəfə doktoru, dosent.