BƏƏ-də dron texnologiyası ilə leysan yağdırıldı

12:20 22.07.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) insanın gözünü qaraldan 50 dərəcə istini azaltmaq üçün maraqlı üsuldan istifadə edilib.

Hafta.az-ın yazdığına görə, bunun üçün xeyli müddətdir Əmçirliklərdə layihə həyata keçirilirdi və indi artıq öz bəhrəsini verməyə başlayıb. Belə ki, ölkənin açıq səmasında yağış buludları bir yerə toplanaraq, dron texnologiyası vasitəsilə elektrik şoku verib, kondensasiya vəziyyəti yaradılıb. Müsbət nəticə əldə edən BƏƏ hökuməti bu üsuldan yararlanaraq illik yağıntı miqdarını artırmaq niyyətindədir. Dünyanın ən quraq və isti ölkələrindən sayılan Əmirliklərdə bu texnologiya vasitəsilə yağdırılan leysan yağış havanı nəmləndirməklə, torpağa can verməklə yanaşı, həm də quraq iqlimə öyrənmiş insanların sevincinə səbəb olub. Yağəş elə şiddətli olub ki, hətta yolların çökək yerlərində maşınlar hərəkət etməkdə çətinlik çəkiblər. 

Qeyd edək ki, dünyanın 10 ən quraq ölkəsindən olan BƏƏ ərazisinə ildə orta hesabla cəmi 78 mm yağıntı düşür.

Məlumat üçün bildirək ki, hökumət tərəfindən 2017-ci ildə 9 fərqli layihənin icrası üçün ayrılmış cəmi 15 milyon dollar xərcləməyə daxil olan sözügedən proqramı İngiltərədəki Reading Universitetinin mütəxəssisləri həya keçirir. Özəl layihənin rəhbərlərindən olan professor Marten Ambaum bildirib ki, əslində BƏƏ səmalarında yağış yağdırmağa imkan verəcək həcmdə buludlar mövcuddur. Texnologiya isə, elektrik yüklərini buludlara yönləndirmək üçün drondan istifadə edir. Bu da öz növbəsində su damlalarının birləşməsinə və yağışın yağmasına səbəb olur.

BƏƏ-nin yağışartırma elmi-araşdırma mərkəzinin direktoru Alya əl-Mazrui "Arab News"a belə deyib: "Bir miqdar elektrik yüklü emision aləti və özəlləşdirilmiş sensorlarla təchiz edilmiş dronlar, aşağı yüksəkliklərdə uçacaq və yağış yaradacaq, yəni hava molekullarını elektrik yükü ilə təmin edəcək".

Oxunma sayı 1864