Bələdiyyəyə məxsus ərazi yanıb

16:30 01.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şabranda yanğın hadisəsi olub.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, rayonun Mollakamallı kəndində bələdiyyəyə məxsus ərazidə 3 ha biçilmiş taxıl sahəsi yanıb. Yaxınlığdakı ağaclar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.