Yazını böyüt
Yazını kiçilt
“Hadisə saat 5-dən sonra olub. Ancaq necə baş verdiyini və düşmənimin kim olduğunu bilmirəm”.
Hafta.az xəbər verir ki, bu barədə Ağcabədi rayonunun Aşağı Avşar kəndində bıçaqlanan 7 yaşlı uşağın atası Rəşad Bəşirov deyib.
Onun sözlərinə görə, bıçaqlanma evlərinin yaxınlığında olub:
“Oğlum deyir ki, darvazanın yaxınlığında oynayırmış. Onu bıçaqlayan uşaq gəlib və oğlumu çağırıb aparıb. O, bir az uzaqlaşandan sonra övladıma 19 bıçaq zərbəsi vurub. Yarası dərindir”.
Xatırladaq ki, Ağcabədi rayonunda azyaşlı uşaq çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Daha ətraflı videosüjetdə: