Bidzina İvanişvili: “Gürcüstanın taleyi öz əlimizdədir”

10:08 22.08.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Gürcüstanda sülhə, sabitliyə və ənənəvi dəyərlərə qiymət verən hər bir həmvətənimizi oktyabrın 26-da hərkəsi çıxış etməyə və Gürcüstanın milli kimliyini qorumaq üçün möhkəm zəmin yaratmağa, ölkəmizin parlaq gələcəyini təmin etmək üçün çağırış etmək istəyirəm”.

Hafta.az-ın yazdığına görə, “Gürcü Arzusu” Partiyasının fəxri sədri Bidzina İvanişvili Mtsxetada seçki kampaniyası çərçivəsində keçirilən seçki görüşündə toplaşan əhaliyə belə müraciət edib.

İvanişvilinin bildirdiyinə görə, hər bir Gürcüstan vətəndaşı dar siyasi məsələləri bir kənara qoymalıdır, çünki oktyabrın 26-da siyasət deyil, ölkənin xilası məsələsi həll olunacaq.

“Bir daha ölkəsinə dəyər verən hər bir vətəndaşımızı hər şeyi bir kənara qoyub seçkilərə getməyə çağırıram. Çünki bu seçkilərdə siyasət deyil, ölkənin xilası məsələsi həll olunacaq. Gürcüstanın taleyi öz əlimizdədir. Biz ölkəni xilas etmək və gələcək nəslin idarə etməsi üçün azad, müstəqil, vahid və güclü Gürcüstan buraxmaq üçün hər şeyi etməliyik”, – Bidzina İvanişvili bildirib.