Biləcəridə kafedə oğurluq olub

11:53 17.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisindəki kafelərin birində Bakı şəhər sakini T.Ş-nın cüzdanından qeyri-aşkar şəraitdə bank kartının oğurlanması, sonradan isə hesabından 1310 manatının çıxarılması barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən hafta.az-a verilən xəbərə görə, Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bərdə rayon sakini Elsevər Dərgahov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.