Biləsuvarda ev yanıb

21:18 19.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Biləsuvar rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, rayonun Bəydili kəndində ümumi sahəsi 240 m² olan ikimərtəbəli evin yanar konstruksiyaları 36 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.